ABŞ 120 nəfərlik personalı İsraildən çıxardı 

11:24 14.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ rəhbərliyi Fələstinlə İsrail arasındakı qarşıdurmanın artması fonunda İsraildən hərbçi və mülki şəxslərdən ibarət 120 nəfərlik personalı evakuasiya edib.

 

Hafta.az xəbər verir ki, bunu “ CNN” televiziyasının əməkdaşı Barbara Star ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən özünün tvitter hesabında yazıb.

 

Jurnalist bildirib ki, təlimlərə hazırlaşan hərbçilər və mülki şəxs olan digər heyət üzvləri C-17 hərbi təyyarəsi ilə İsrail ərazisini tərk ediblər. Onlar Almaniyaya aparılıblar.